Sağlamlıq
Ürəyə zərər verən sağlam qidalar
Sağlamlıq
125

Ürəyə zərər verən sağlam qidalar müəyyən edilib

Diyetoloq Treysi Parker bildirib ki, bəzi sağlam hesab olunan qidalar ürək sağlamlığı üçün risk yarada bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu məhsullar bağırsaq florası üçün faydalı olsa da, tərkibində gizli duz və şəkər ola bilər.

Parker kimçi, kombuça, meyvə qatıqları, smuzilər və turş kələmi bu siyahıya daxil edib. Bu qidalar faydalı xüsusiyyətlərə malik olsa da, həddindən artıq qəbul edildikdə ürək-damar xəstəlikləri riskini artıra bilər.

Mütəxəssis qeyd edir ki, əsas problem bu məhsulların tərkibindəki gizli qatqılardır. Bir çoxunda yüksək miqdarda duz və ya şəkər olur. Məsələn, smuzilər qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər, fermentləşdirilmiş qidalar isə artıq duz səbəbindən qan təzyiqini artırır.

Diyetoloq vurğulayır ki, bu qidaları tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur. Əsas məsələ onları ölçülü şəkildə qəbul etmək, məhsul etiketlərini diqqətlə oxumaq və şəkər və duzu az olan variantlara üstünlük verməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun