Tibbi xəbərlər
Ürək döyüntüsünü artıran əsas səbəblər
Tibbi xəbərlər
196

Ürək döyüntüsünü artıran əsas səbəblər açıqlandı

Rusiya Səhiyyə Nazirliyinin Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin Əhali Genetikası Tədqiqat Laboratoriyasının rəhbəri, kardioloq, tibb elmləri doktoru Oksana Rotar ürək döyüntüsünün artmasına səbəb olan əsas amilləri açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, bildirib ki, təkcə yaş və xroniki xəstəliklər deyil, bir çox pis vərdişlər də nəbzin yüksəlməsinə təsir göstərir.

Mütəxəssis siqaret, alkoqol və enerji içkilərindən istifadənin ürək döyüntüsünü artırdığını qeyd edib. Onun sözlərinə görə, bu amillər ürək fəaliyyətinə yük salır və ritmin sürətlənməsinə səbəb olur.

Həkim əlavə edib ki, sürətli nəbz həmçinin piylənmə, yüksək qan şəkəri və yüksək xolesterolun nəticəsi ola bilər. Rotar xroniki stressin də mühüm rol oynadığını bildirib. Stress zamanı yüksək təzyiqə səbəb olan hormonlar ifraz olunur və bu, ürək döyüntüsünü artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun