“Yorğunam, çatışmazlıqlarım var” ifadəsi çox vaxt idmandan imtina etmək üçün əsas səbəb kimi göstərilir. Lakin mütəxəssislər bildirir ki, əksər hallarda problem fiziki deyil, psixolojidir.
E-saglam.az xəbər verir ki, Sofiya Qavryutina-Lisina-nın sözlərinə görə, insanlar idmanı könüllü fəaliyyət kimi gördükləri üçün onu asanlıqla təxirə salır və bəhanələr tapırlar. Onun fikrincə, əsas problem idmanın həyatdakı əhəmiyyətinin tam dərk olunmamasıdır.
Mütəxəssis qeyd edir ki, idmanı vərdişə çevirmək üçün ilk növbədə planlı yanaşma vacibdir. Məşqlərin əvvəlcədən cədvələ salınması və ona ciddi əməl edilməsi bu prosesi asanlaşdırır.
Bundan əlavə, zövq alınan idman növünün seçilməsi motivasiyanı artırır. Məşqçi həmçinin fərdi məşqçi ilə işləməyi, kiçik addımlarla başlamağı və real məqsədlər qoymağı tövsiyə edir.
Onun sözlərinə görə, sadə dəyişikliklər, yeni idman geyimi, açıq havada məşq və ya mühit dəyişimi, belə motivasiyanın qorunmasına kömək edə bilər.
Tərcümə: Könül Oruc