
Son vaxtlar ərzaq məhsullarında fırıldaqçılıq halları artıb və kərə yağı da bu saxtakarlıqlardan təsirlənib. Mütəxəssislər həqiqi kərə yağını saxtadan ayırmağın bir neçə yolunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, kərə yağının təbii olub-olmadığını anlamanın ilk üsulu qaynar su testidir. Bunun üçün kiçik bir parça kərə yağını qaynar suya atmaq kifayətdir. Əgər kərə yağı bir parça olaraq əriyirsə, tərkibində qatqı yoxdur. Lakin əgər parçalanaraq əriyirsə, deməli, tərkibində marqarin və ya başqa yağlar mövcuddur.
Digər üsul isə otaq temperaturunda saxlamaqdır. Həqiqi kərə yağı bir neçə saat otaq temperaturunda qaldıqda sadəcə yumşalır, amma tam əriməyib maye halına keçmir. Əgər yağdan su kimi maye ayrılırsa, bu, tərkibində əlavə maddələrin olduğuna işarədir.
Sonuncu test isə qızartma üsuludur. Əgər kərə yağı yüksək odda qızdırıldıqda köpüklənirsə və xoş ətir yayılırsa, bu, onun təbii olduğunu göstərir. Əgər heç bir köpük əmələ gəlmirsə və yağ sadəcə əriyirsə, bu, məhsulun marqarin və digər yağlarla qarışdırıldığını göstərir.
Bu sadə üsullarla kərə yağının saxta olub-olmadığını asanlıqla yoxlamaq mümkündür.
Tərcümə: Könül Oruc