Tibbi xəbərlər
TƏBİB: "7 nömrəli Vərəm Əleyhinə Dispanser Türkan qəsəbəsinə köçürüləcək"
Tibbi xəbərlər

TƏBİB: "7 nömrəli Vərəm Əleyhinə Dispanser Türkan qəsəbəsinə köçürüləcək"

E-saglam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmr “Əhalinin sağlamlığının qorunması haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarını, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müvafiq bəndlərini, beynəlxalq səhiyyə təşkilatlarının təcrübə və tövsiyələrini rəhbər tutur.

Əmrə əsasən, strukturun təkmilləşdirilməsi, şəraitin daha yaxşılaşdırılması məqsədi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) strukturuna daxil olan 7 nömrəli Vərəm Əleyhinə Dispanser Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 50 a ünvanına köçürüləcək.

Eyni zamanda, bundan sonra çox sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi Mərkəzin strukturuna daxil olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının, geniş sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi isə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının bazasında ayrılan şöbələrdə təşkil ediləcək.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun