Məhsulun əsas faydası onun lifidir. Göz sağlamlığını qoruyur və yaşla əlaqəli görmə itkisinin qarşısını almağa kömək edir.
Bir orta ölçülü qarğıdalı gündəlik pəhriz lifinin təxminən 9%-ni ehtiva edir. Həll olmayan lif prebiotik və bağırsaq təmizləyicisi kimi fəaliyyət göstərir, faydalı mikrobiotanı qidalandırır və müntəzəm bağırsaq hərəkətlərini dəstəkləyir. Bundan əlavə, sarı və narıncı qarğıdalı lutein və zeaksantinlə zəngindir - makulada toplanan, zərərli mavi işığı süzən və yaşla əlaqəli görmə dəyişikliklərindən qoruyan karotenoidlər.
Bişirmə faydalı qida maddələrini məhv etmir, əksinə onları sərbəst buraxır: 25 dəqiqə qızdırıldıqdan sonra qarğıdalının antioksidan aktivliyi 44% artır. Lutein və zeaksantin yağda həll olduğundan, qarğıdalı avokado, zeytun yağı və ya qoz-fındıqla yaxşı uyğunlaşır. Digər bir xüsusiyyəti davamlı nişastadır: bişirildikdən və soyuduqdan sonra karbohidratların bir hissəsi bağırsaqlar üçün uzunmüddətli yanacaq mənbəyinə çevrilir.
Tərcümə: Könül Oruc