Tibbi xəbərlər
Ofisdə işləyərkən varikoz damarlarından
Tibbi xəbərlər
8

Ofisdə işləyərkən varikoz damarlarından necə qorunmalı?

Uzun müddət oturaq işləmək ayaqlarda qan dövranına təsir göstərə və varikoz damarlarının yaranması riskini artıra bilər.

E-saglam.az xəbər verir ki, həkim İqor Zolotuxin ofisdə çalışanların ayaq sağlamlığını qorumaq üçün nələrə diqqət etməli olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, baldır əzələləri ayaqlardan qanın ürəyə doğru geri qayıtmasına kömək edən mühüm mexanizmdir. Uzun müddət oturmaq və ya hərəkətsiz ayaq üstə qalmaq zamanı bu əzələlər kifayət qədər işləmədiyi üçün venoz qanın geri qayıtması çətinləşə bilər.

İş gününün sonunda ayaqlarda ağırlıq və şişkinlik hiss edirsinizsə, yaxud ayaqqabılarınız əvvəlkindən daha sıx gəlirsə, bu əlamətlərə diqqət yetirmək lazımdır. Xüsusilə uzun müddət davam edən və təkrarlanan şikayətlər zamanı həkimə müraciət etmək tövsiyə olunur.

Mütəxəssis profilaktika üçün gün ərzində hərəkət etməyin vacibliyini vurğulayır. Qısa gəzinti fasilələri, müntəzəm fiziki fəaliyyət, velosiped sürmək, üzgüçülük və qaçış kimi ritmik hərəkətlər ayaqlarda qan dövranını dəstəkləyə bilər.

Bəzi hallarda kompressiya corablarından istifadə də faydalı ola bilər. Lakin onların seçimi və venoaktiv dərmanların qəbulu həkimlə məsləhətləşdikdən sonra həyata keçirilməlidir.

Həkimin sözlərinə görə, əsas məsələ fiziki aktivliyi müntəzəm həyat tərzinə çevirməkdir. Çəkinin normada saxlanması da ayaqlara düşən yükü azaltmağa və venoz problemlərin yaranması riskini aşağı salmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun