Sağlamlıq
Stomatoloq gündə bir dəfə diş fırçalamağın
Sağlamlıq
110

Stomatoloq gündə bir dəfə diş fırçalamağın risklərini açıqladı

Stomatoloq Yekaterina Tsıbina dişlərini gündə bir dəfə və ya daha az fırçalayan insanlara xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, ağız gigiyenasına kifayət qədər diqqət yetirilmədikdə diş minasının zədələnməsi və kariyes riski artır. Bu isə ağrı, diş əti iltihabı və qanaxma kimi problemlərə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, uzun müddət düzgün qulluq olunmadıqda daha ciddi fəsadlar da yarana bilər. Bunlardan biri periodontitdir ki, bu xəstəlik sümük toxumasının zəifləməsinə və nəticədə diş itkisinə gətirib çıxara bilər.

Tsıbina bildirib ki, sağlam dişlər üçün gündə ən azı iki dəfə diş fırçalamaq vacibdir. Onun sözlərinə görə, bu proseduru yeməkdən sonra etmək daha effektiv hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun