Çoxları sol tərəf üstə yatmağın kabuslara səbəb olduğunu düşünür.
E-saglam.az xəbər verir ki, nevroloq Maksim Pankov bu fikrin doğru olmadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, kabuslar adətən sinir sistemindən gələn siqnallarla bağlıdır. Onlar daha çox stress, narahatlıq, xroniki yorğunluq və ya depressiya kimi amillər nəticəsində yaranır. Həkim qeyd edib ki, kabusların yaranması insanın hansı tərəf üstə yatması ilə əlaqəli deyil.
Nevroloq bildirib ki, yuxu pozası kabusların mövzusuna deyil, yuxunun keyfiyyətinə təsir edir. Onun sözlərinə görə, ən yaxşı yuxu pozası insanın rahatlıqla yuxuya getdiyi və özünü yaxşı hiss etdiyi vəziyyətdir.
Həkimlər əksər hallarda kürəyi üstə və ya yan üstə yatmağı tövsiyə edirlər. Arxa üstə yatmaq boyun ağrısı və burun tutulması olanlar üçün faydalı sayılır. Bundan başqa, üzün yastığa basılmaması səbəbindən qırışların yaranma riskini də azalda bilər.
Yan üstə yatmaq isə xoruldama və ürək yanması yaşayan insanlar üçün daha uyğundur. Hamilə qadınlara və qastroezofageal reflüks xəstəliyi olan şəxslərə isə çox vaxt sağ tərəf üstə yatmaq tövsiyə olunur. Sol tərəf üstə yatmaq bəzi hallarda daxili orqanlara təzyiqi artıra bilər. Çiyin ağrısı olan insanlar üçün isə yan üstə yatmaq uyğun sayılmır və belə hallarda arxa üstə yataraq qolun altına yastıq qoymaq məsləhət görülür.
Tərcümə: Könül Oruc