Sağlamlıq
Şirin sularda üzmək sağlamlığa zərər verə bilər -
Sağlamlıq
168

Şirin sularda üzmək sağlamlığa zərər verə bilər - Həkimdən ciddi xəbərdarlıq

Dermatoveneroloq Daria Ponomareva şirin su hövzələrində, xüsusilə göl və gölməçələrdə çimməyin sağlamlıq üçün ciddi risklər daşıya biləcəyini deyib.

E-saglam.az xəbər verir ki, o, bu risklər arasında "üzgüçü qaşınması" (serkarioz), toksinlərlə zəhərlənmə və infeksiyalar olduğunu bildirib.

Serkarioz durğun sularda, xüsusən də su quşlarının olduğu ərazilərdə yaşayan parazitlərin (cercariae) dəriyə toxunması ilə yaranır. Bu, qaşınma, qızartı və səpgilərlə özünü göstərir.

Şirin sularda bir başqa təhlükə siyanobakteriyaların toksinləridir. Xüsusilə Microcystis və Anabaena kimi növlər toksin toplayaraq göz, dəri və tənəffüs yollarında qıcıqlanma yarada bilər.

Ponomareva xəbərdarlıq edib ki, bu cür sularda E.coli, şigella və digər viruslarla yoluxma halları müşahidə olunur. Xüsusilə uşaqlarda ishal və qusma ilə müşayiət olunan bağırsaq pozğunluqları baş verə bilər. Əlamətlər uzun sürərsə və ya susuzluq hiss olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Mütəxəssis vətəndaşlara çiçək açmış, quşlarla dolu və ya bulanıq olan sularda çimməməyə çağırır. Güclü yağışlardan sonra və ya heyvanların su içdiyi yerlərdə də üzmək tövsiyə olunmur.

Çimməzdən əvvəl su obyektinin təhlükəsiz olub-olmadığını yoxlamaq, üzgüçülükdən sonra isə mütləq duş qəbul etmək və quru paltara keçmək tövsiyə olunur. Qoruyucu krem, maska və xüsusi ayaqqabılardan istifadə də infeksiyaların qarşısını almaqda kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun