Xəstəliklər
Sidikdə köpüyün olması
Xəstəliklər

Sidikdə köpüyün olması təhlükəlidirmi?

Sidikdə köpüyün əmələ gəlməsi fizioloji ola bilər. Bu hamiləlik zamanı, güclü fiziki iş və ya idmandan sonra və həmçinin susuzlaşma zamanı mümkündür.

E-saglam.az saglamolun.az-a istinadla xəbər verir ki, bəzi dərman preparatlarının qəbulu da sidikdə köpüyün əmələ gəlməsinə gətirib çıxarda bilər.

Lakin bir çox hallarda bu simptom hər hansı xəstəliyə işarə edə bilər.

İlk növbədə bilmək lazımdır ki, sidikdə köpüyün əmələ gəlməsi sidikdə olan zülala işarə edir. Bildiyimiz kimi, böyrəklər filtr funksiyasını yerinə yetirir. Əgər bu funksiya müxtəlif səbəblərə görə pozulursa, zülal sidiyə düşə bilər və bu köpüklənməyə səbəb olur.

Beləliklə, sidikdə köpüyün olması hansı xəstəliklər zamanı mümkündür?

- Şəkərli diabet

- Hipertoniya

- Böyrək xəstəlikləri – qlomerulonefrit, piyelonefrit, böyrək şişi və s.

Əgər sidikdə köpük müntəzəm olaraq 1 həftə ərzində görünürsə, vaxt itirmədən həkimə müraciət edin. 

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun