Tibbi xəbərlər
Şəmkirdə həkim sağlam körpəni yanlış diaqnozla 8 ay müalicə edib, saysız dərmanlar yazıb - DƏHŞƏT
Tibbi xəbərlər

Şəmkirdə həkim sağlam körpəni yanlış diaqnozla 8 ay müalicə edib, saysız dərmanlar yazıb - DƏHŞƏT

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim nevroloq Aynur Zeynalova deyib.

A.Zeynalova bildirib ki, uşağı onun yanına valideynləri dünən gətiriblər və artıq 11 aylıqdır: 

"Şəmkirdən yanıma 11 aylıq körpə gətirdilər. Uşaqda əsas şikayətlər yuxusuzluq və qucaqdan düşməmək idi. Hətta rayonda körpəyə 3 aylığından neyrosonoqrafiya müayinəsi edilib, hidrosefaliya (beyinə su toplanması) diaqnozu qoyulub. Aylarla boş yerə dərmanlar yazılıb, müalicə aparılıb. Biz təkrar neyrosonoqrafiya etdik, lakin gördük ki, hər şey qaydasındadır. Sağlam körpələrə bu şəkildə müalicələrin təyin olunması bir cinayətdir". 

Nevroloq deyib ki, uşağa əlavə dərman təyin etmək niyyətində deyil, sadəcə D vitamini təyin edib. 

Qeyd edək ki, uşaq valideynlərin ilk körpəsidir və 5 ildən sonra dünyaya gəlib. 

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun