Xəstəliklər
Şəkər xəstələri mütləq oxusun - Bu resept şəkəri
Xəstəliklər
8424

Şəkər xəstələri mütləq oxusun - Bu resept şəkəri yox edir - Fizuli Hüseynovdan resept

Həkim-fitoterapevt Fizuli Hüseynov haymorit, frontit və şəkər əleyhinə dəfnə yarpağından istifadənin faydalarından danışıb.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, dəfnə yarpağı şəkər əleyhinə vasitə kimi 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Bu şəkildə hazırlanan dəmləmə yüksəlmiş şəkəri normallaşdırır və qanda şəkər səviyyəsinin sabit qalmasını təmin edir.

F.Hüseynov bildirib ki, müalicəni 20 gün etdikdən sonra ən azı 20 gün fasilə vermək lazımdır.

Haymorit və frontit əleyhinə bişirmə isə beu üsulla hazırlanır: 2 xörək qaşığı doğranmış dəfnə yarpağı 1 stəkan suda vam odda qaynadılır, qalın parça və ya dəsmal başa örtülür və 15 dəqiqə qaynayan dəfnəli su buxarı ilə burunla nəfəs alınır. Yaxşı olar ki, bu müalicə ən azı 10 gün aparılsın. Prosedur müddətində otaq isti olmalı, axşam saatlarında etdikdə səhərə qədər evdən çıxılmamalıdır.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun