Sağlamlıq
Şampan həvəskarlarına ikiqat təhlükə barədə
Sağlamlıq
109

Şampan həvəskarlarına ikiqat təhlükə barədə xəbərdarlıq edildi

Köpüklü içkilərin, xüsusilə şampanın sağlamlıq üçün düşündüyündən daha riskli ola biləcəyi bildirilib.

E-saglam.az xəbər verir ki, narkoloq Andrey Tyurinin sözlərinə görə, bu içkilər orqanizmə ikiqat təsir göstərərək daha sürətli və ağır nəticələrə səbəb ola bilər.

Mütəxəssis izah edir ki, şampanın tərkibindəki karbon qazı mədənin selikli qişasını qıcıqlandırır və qan damarlarını genişləndirir. Bu isə spirtin qana daha sürətli sorulmasına səbəb olur və insanın tez sərxoş olmasına gətirib çıxarır.

Bundan əlavə, içkidəki şəkər və turşular bağırsaqlarda fermentasiya prosesini gücləndirir. Nəticədə ağır intoksikasiya və güclü baş ağrısı riski artır.

Həkim həmçinin desert və zənginləşdirilmiş şərabların da təhlükəli olduğunu vurğulayır. Onların şirin dadı spirtin gücünü gizlədir və insan fərqinə varmadan yüksək miqdarda alkoqol qəbul edə bilir.

Mütəxəssis qeyd edir ki, bu cür içkilərin həddindən artıq istifadəsi həm mədəaltı vəzə, həm də ümumi metabolizmə ciddi yük yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun