Professor Alfredo Rodriges Munoz müasir dünyada insanların gecə istirahətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib.
E-saglam.az xəbər verir ki, sağlam yuxunun əsas düşmənini açıqlayıb.
Munoz izah etdi ki, stress, bəlkə də, müasir yuxunun əsas düşmənidir. Bədəni yüksək ayıq vəziyyətdə saxlayır, kortizol səviyyəsini qaldırır, düşüncə proseslərini sürətləndirir və istirahət etməyi çətinləşdirir.
O izah edir ki, bu, pis bir dövrə gətirib çıxarır: stress yuxunu pisləşdirir və zəif yuxu bədəni stressə daha həssas edir.
Mütəxəssis əlavə etdi ki, gün ərzində yaxşı bir gecə istirahətinə hazırlaşmaq vacibdir, baxmayaraq ki, bir çox insan sadəcə yuxuya gedə biləcəyinə inanır.
"Bədən gün ərzində düzgün siqnalları almalıdır. Əgər həddindən artıq həyəcanlanmış və narahat düşüncələrlə yatmağa getsək, yuxuya getməyimiz ehtimalı azdır", - deyə o, yekunlaşdırdı.
Tərcümə: Könül Oruc