Qidalanma
Qırmızı ət zərərlidirmi? Diyetoloq geniş yayılmış
Qidalanma
73

Qırmızı ət zərərlidirmi? Diyetoloq geniş yayılmış mifi təkzib etdi

Diyetoloq Nikola Ludlam-Reyn qırmızı ətin zərərli olması ilə bağlı yayılan fikirlərin çoxunun şişirdildiyini bildirib. Onun sözlərinə görə, düzgün və orta miqdarda istehlak edildikdə qırmızı ət sağlam qidalanmanın bir hissəsi ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, qırmızı ət orqanizmi dəmir və B qrupu vitaminləri ilə təmin edən vacib qida mənbəyidir. Bu maddələr xüsusilə enerji mübadiləsi və qan sağlamlığı üçün əhəmiyyətlidir.

Nikola Ludlam-Reyn vurğulayır ki, əsas risk emal olunmuş ət məhsulları ilə bağlıdır. Kolbasa və digər işlənmiş ət növləri daha yüksək sağlamlıq riskləri yarada bilər.

Diyetoloq bildirir ki, qırmızı ətdən tam imtina etmək vacib deyil, əsas məsələ balanslı qidalanmadır. O, həmçinin ətin ölçülü şəkildə istehlak edilməsini və pəhrizin bitki mənşəli qidalarla zənginləşdirilməsini tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun