Sağlamlıq
Qəhvənin qan təzyiqinə təsiri
Sağlamlıq
480

Qəhvənin qan təzyiqinə təsiri məlum oldu

Kardioloq Denis Sokolov bildirib ki, bir fincan qəhvə bəzi insanlarda qan təzyiqinin artmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, qəhvədən sonra qan təzyiqinin yüksəlməsi riski xüsusilə yaşlı insanlar və hipertoniyadan əziyyət çəkənlər arasında daha yüksəkdir. Bundan başqa, kofeini nadir hallarda qəbul edənlər və ya genetik olaraq kofeini daha yavaş metabolizə edən şəxslər də risk qrupuna daxildir.

Sokolov qeyd edib ki, səhər içilən bir fincan qəhvə hər zaman qan təzyiqinin uzunmüddətli artmasına səbəb olmur. Onun sözlərinə görə, qəhvəni müntəzəm içən insanlarda zamanla kofeinə qarşı tolerantlıq formalaşır və bu halda nəzərəçarpacaq reaksiya müşahidə olunmaya bilər.

Kardioloq əlavə edib ki, ürək-damar xəstəlikləri olmayan sağlam gənclərdə belə güclü qəhvə içildikdən sonra qan təzyiqində artım müşahidə edilə bilər. Lakin bu təsir adətən zəif olur və 20–40 dəqiqə ərzində aradan qalxır.

Həkim həmçinin vurğulayıb ki, təbii dəmlənmiş qəhvə, xüsusilə su ilə uzun müddət təmasda hazırlanan, məsələn, fransız presində dəmlənən qəhvə, hazır qəhvədən daha çox kofein ehtiva edə bilər. Bu isə bəzi insanlarda daha güclü təsir yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun