Tibbi xəbərlər
Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü
Tibbi xəbərlər
166

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə boğaz əməliyyatı olunan 16 yaşlı qız xəstəxanada ölüb.

E-saglam.az xəbər verir ki, rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına  boğaz əməliyyatı üçün müraciət edib. 

Yeniyetmə əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib. 

Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 23-ü 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub. 

Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib. 

İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun