Sağlamlıq
Qaraciyəri yeniləyir, toksinləri təmizləyir:
Sağlamlıq
169

Qaraciyəri yeniləyir, toksinləri təmizləyir: Antioksidantla zəngin qidalar

Orqanizmin təbii detoksifikasiya mərkəzi olan qaraciyər, müasir həyatın yaratdığı stress, düzgün olmayan qidalanma və ətraf mühitin toksinləri səbəbindən getdikcə daha çox yüklənir. Mütəxəssislər bildirirlər ki, qaraciyərin sağlam fəaliyyət göstərə bilməsi üçün emal olunmuş qidalardan uzaq durmaq və təbii qidalarla onu dəstəkləmək vacibdir.

E-saglam.az xəbər verir ki, qaraciyər yalnız toksinləri süzməklə kifayətlənmir – həm də yağ mübadiləsini tənzimləyir, hormon balansını qoruyur və həzmə kömək edir. Ancaq bu çoxfunksiyalı orqan qeyri-sağlam həyat tərzi nəticəsində zamanla funksiyasını itirə bilər. Mütəxəssislər düzgün qidalanmanın qaraciyərin yükünü azaltdığını və fəaliyyətini gücləndirdiyini vurğulayırlar.

Qaraciyər dostu qidalar

Bəzi qidalar qaraciyərin təbii detoks prosesini birbaşa dəstəkləyir:

Yaşıl yarpaqlı tərəvəzlər – İspanaq, kələm kimi klorofillə zəngin tərəvəzlər toksinləri neytrallaşdırır və öd ifrazını artırır.
Sarımsaq – Tərkibindəki allisin və selenyum qaraciyər fermentlərini aktivləşdirir, toksinlərin bədəndən atılmasını asanlaşdırır.
Çuğundur – Güclü antioksidantdır, qaraciyərdə yağ yığılmasının qarşısını alır, detoks fermentlərini dəstəkləyir.
Zərdəçal – Kurkumin adlı maddə sayəsində iltihabı azaldır və öd istehsalını təşviq edir.
Avokado – Qlutasyon baxımından zəngindir, qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir.
Alma – Pektin tərkibi ilə toksinlərin bədəndən xaric olunmasını asanlaşdırır.
Yaşıl çay – Antioksidant katexinlərlə zəngindir, qaraciyər funksiyasını gücləndirir.
Turp bitkiləri (brokoli, gül kələm) – Qlukozinolatlar detoks fermentlərinin istehsalını artırır.
Sitrus meyvələri – C vitamini sayəsində qaraciyərin qlutasyon istehsalına dəstək verir.
Qoz – Omeqa-3 və qlutasyonla zəngindir, oksigenlənməni artırır və iltihabla mübarizə aparır.

Qaraciyərə zərər verən qidalar

Bəzi qidalar isə qaraciyərə səssiz şəkildə zərər verir:

Alkoqol – Qaraciyərdə parçalanarkən toksik maddələrə çevrilir və orqanda iltihab, zədələnmə yaradır.
Qızartmalar və fast food – Trans yağlar və rafinə karbohidratlar qaraciyərdə yağ yığılmasını təşviq edir.
Şirin qazlı içkilər – Yüksək fruktoza tərkibi qaraciyərin piylənməsinə səbəb olur.
Emal olunmuş ətlər – Nitrat və doymuş yağlarla zəngindir, iltihabı artırır.
Paketlənmiş qəlyanaltılar – Hidrogenləşdirilmiş yağlar və qatqı maddələri qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun