Sağlamlıq
Qan şəkərini dərmansız azaltmaq mümkündür?
Sağlamlıq
155

Qan şəkərini dərmansız azaltmaq mümkündür? Həkim açıqladı

Terapevt Dmitri Demidik qan şəkəri səviyyəsini həb olmadan azaltmağın mümkün olub-olmadığını izah edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, erkən mərhələdə aşkarlanan yüksək qan şəkəri hallarının böyük hissəsi həyat tərzi dəyişiklikləri ilə geri dönə bilər.

Mütəxəssis qeyd edib ki, ən vacib addımlardan biri qidalanmaya nəzarətdir. Xüsusilə şəkər, ağ un məhsulları, ağ çörək, kartof püresi və ağ düyü kimi “ağ qidaların” rasiondan çıxarılması tövsiyə olunur. Həmçinin şəkərli içkilərdən, o cümlədən meyvə şirələrindən imtina etmək və fast food istehlakını minimuma endirmək lazımdır.

Demidikin sözlərinə görə, qan qlükoza səviyyəsi yeməkdən 15–20 dəqiqə sonra yüksəlir və bəzən kəskin artım müşahidə olunur. Lakin düzgün qidalanma rejimi tətbiq edildikdə bu sıçrayışlar qısa müddətdə, yəni bir neçə gün ərzində azala bilər.

Həkim vurğulayıb ki, sağlam həyat tərzi və düzgün pəhriz bəzi hallarda dərman ehtiyacını azaltmağa kömək etsə də, hər bir halda nəzarət və mütəxəssis məsləhəti vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun