Gözəllik-dəb
Qadınlar 10 il daha gənc görünməyin
Gözəllik-dəb
166

Qadınlar 10 il daha gənc görünməyin qeyri-adi yolunu tapıblar

Bağırsaq sağlamlığı yalnız həzm sistemi ilə deyil, ümumi görünüş və gənc qalmaqla da birbaşa əlaqəlidir.

E-saglam.az xəbər verir ki, mama-ginekoloq və endokrinoloq Yekaterina Volkova bildirir ki, bağırsaqlara düzgün qulluq etmək insanın daha gənc görünməsinə və enerjili hiss etməsinə kömək edə bilər.

Onun sözlərinə görə, sağlam bağırsaq vitamin və mineralların mənimsənilməsində mühüm rol oynayır, immuniteti gücləndirir və maddələr mübadiləsini tənzimləyir. Bundan əlavə, bağırsaq mikrobiomu əhval-ruhiyyə və yaddaş kimi beyin funksiyalarına da təsir göstərir.

Mütəxəssis qeyd edir ki, yaş artdıqca, xüsusilə qadınlarda 40 yaşdan sonra hormonal dəyişikliklər bağırsaq mikroflorasına təsir edir. Bu isə şişkinlik, həzm problemləri, çəki artımı, eləcə də dəri və saçın vəziyyətinin pisləşməsi ilə nəticələnə bilər.

Volkova vurğulayır ki, gənc və enerjili qalmaq üçün “sehrli həblər” axtarmaq əvəzinə, bağırsaq sağlamlığını qorumağa diqqət yetirmək lazımdır.

Bunun üçün qidalanmada lifli məhsulların artırılması, sürətli karbohidratların azaldılması, antibiotiklərin nəzarətsiz istifadəsindən qaçınmaq, stressi idarə etmək və müntəzəm fiziki aktivlik vacib hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun