Sağlamlıq
Professor maddələr mübadiləsini bərpa etmək üçün
Sağlamlıq
132

Professor maddələr mübadiləsini bərpa etmək üçün 5 sadə üsul açıqlayıb

Bir çox insan sərt pəhrizlərin, stressin və yaşlanmanın maddələr mübadiləsini daimi olaraq pozduğunu düşünür.

E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər bildirir ki, metabolizm çevikdir və onu dəstəkləmək, hətta müəyyən qədər sürətləndirmək mümkündür.

Professorun sözlərinə görə, bunun üçün ilk növbədə əzələ kütləsini artırmaq vacibdir. Əzələ toxuması yağdan daha çox enerji sərf edir. Buna görə həftədə 2-3 dəfə güc məşqləri etmək maddələr mübadiləsini aktiv saxlamağa kömək edir.

Gündəlik hərəkət də mühüm rol oynayır. Uzun müddət oturmaq metabolizmi yavaşladır. Gün ərzində ən azı 7-10 min addım atmaq, mütəmadi olaraq qalxıb hərəkət etmək və həftəlik aerobik məşqlər etmək tövsiyə olunur.

Qidalanma zamanı kifayət qədər zülal qəbul etmək də vacibdir. Zülalın həzmi daha çox enerji tələb edir və bu da metabolizmin sürətlənməsinə səbəb olur. Hər yeməkdə zülal mənbələrinin olması faydalıdır.

Bundan əlavə, kifayət qədər su içmək və yaşıl çaydan istifadə etmək bədəndə gedən prosesləri aktiv saxlayır. Gündəlik 1,5-2 litr su qəbul etmək tövsiyə olunur.

Mütəxəssislər həmçinin vurğulayır ki, keyfiyyətli yuxu maddələr mübadiləsinə birbaşa təsir edir. Gecə 7-9 saat yatmaq hormonal balansı qoruyur və həddindən artıq yemənin qarşısını alır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun