Peyvənd olunanların sayı açıqlanıb
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1 731 nəfər vaksinasiya olunub.

E-saglam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 259, ikinci doza vaksinlərin sayı 143 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 212-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 117 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 471 589, birinci doza peyvəndlərin ümumi sayı 5 350 489, ikinci doza vaksinlərin sayı 4 850 665 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 293 172, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 263 olub.