Qidalanma
Palma yağı həqiqətən
Qidalanma
174

Palma yağı həqiqətən zərərlidirmi?

Palma yağı son illərdə ən çox müzakirə olunan qida maddələrindən biridir. Ucuz olması və uzun müddət xarab olmaması səbəbilə bir çox hazır məhsulda geniş istifadə olunur.

E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər onun sağlamlığa təsiri ilə bağlı ciddi xəbərdarlıqlar edir.

Əsas problem palma yağının yüksək miqdarda doymuş yağ turşuları ehtiva etməsidir. Bu yağlar qanda “pis” xolesterolu artıraraq ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. Xüsusilə tez-tez fast food, şirniyyat və paketlənmiş məhsullar qəbul edən insanlarda bu risk daha yüksək olur.

Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, yüksək temperaturda emal olunan palma yağı zərərli maddələrin yaranmasına səbəb ola bilər. Bu maddələr uzun müddətdə orqanizmə toksik təsir göstərə və hüceyrə zədələnməsinə yol aça bilər.

Palma yağı həm də gizli şəkildə bir çox məhsulun tərkibində olur. Biskvitlər, şokoladlar, hazır souslar və yarımfabrikat qidalar buna misaldır. İnsanlar çox vaxt bunu fərq etmədən gündəlik normadan artıq qəbul edirlər.

Mütəxəssislər tövsiyə edir ki, palma yağından tam imtina etmək əvəzinə, onun qəbulunu minimuma endirmək, etiketləri oxumaq və daha çox təbii yağlara – məsələn, zeytun yağına üstünlük vermək daha sağlam seçimdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun