Tibbi xəbərlər
Ortodont diş həssaslığının
Tibbi xəbərlər
11

Ortodont diş həssaslığının gizli səbəbini açıqladı

Üz-çənə cərrahı, ortoped və qnatoloq Dmitri Poplavski diş həssaslığının bəzən gözlənilməz səbəblərlə bağlı ola biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, dişlərin soyuq, isti və ya turş qidalara qarşı həssaslaşmasının əsas səbəblərindən biri turşulu içkilərdir. Bu cür içkilər ağız boşluğunda pH səviyyəsini aşağı salır və diş minasının tədricən mineralları itirməsinə səbəb olur.

Poplavski qeyd edib ki, qazlı içkilər, hətta şəkərsiz variantları da dişlər üçün təhlükəli ola bilər. Onun sözlərinə görə, bu içkilərdəki turşular diş minasına zərər verir. Eyni təsir enerji və idman içkilərində də müşahidə olunur.

Həkim əlavə edib ki, meyvə şirələri, smuzilər və meyvə içkiləri də düşündüyümüz qədər zərərsiz deyil. Meyvə turşuları və şəkər diş minasının zəifləməsinə səbəb ola bilər. Hətta limonlu suyun tez-tez qəbulu zamanla diş həssaslığını artıra bilər.

Mütəxəssis vurğulayıb ki, yalnız nə içdiyimiz deyil, onu necə içdiyimiz də vacibdir. Turşulu içkiləri uzun müddət qurtumlamaq diş minasına daha çox zərər verir.

Poplavski turşulu içki qəbul etdikdən sonra dərhal dişləri fırçalamamağı tövsiyə edib. Onun sözlərinə görə, belə hallarda əvvəlcə ağzı su ilə yaxalamaq və təxminən 20-30 dəqiqə gözlədikdən sonra dişləri təmizləmək daha düzgün hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun