Sağlamlıq
Tikiş tikmək beyin sağlamlığını
Sağlamlıq
250

Tikiş tikmək beyin sağlamlığını qoruyur

Mütəxəssislərə görə, tikiş və tikmə kimi əl işləri ilə məşğul olmaq zehni sağlamlığı gücləndirir.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, ritmik əl hərəkətləri ürək döyüntüsünü yavaşladır və rahatladıcı təsir yaradır.

Nevroloqların fikirlərini də əhatə edən tədqiqatlar göstərib ki, diqqət tələb edən bu hobbilər qocalıqda beyni qoruyur və gücləndirir.

Mütəxəssislər bildiriblər ki, gündə orta hesabla 20 dəqiqəlik tikiş fasiləsi yorğunluğu aradan qaldırır və emosiyaların idarə olunmasında bir vasitə kimi istifadə edilə bilər.

Bundan əlavə, travma sonrası terapiyalarda və diqqət çatışmazlığının idarə olunmasında fiziki və zehni sağlamlığı qoruduğu qeyd edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun