Bəzən sağlam həyat tərzi üçün qəbul etdiyimiz vərdişlər əslində bədəndə xroniki iltihabı tətikləyə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün niyyətlə edilən bəzi gündəlik hərəkətlər uzun müddətdə immunitet sistemini gərginləşdirir və diabetdən ürək xəstəliklərinə qədər bir çox ciddi problem üçün zəmin yaradır.
Həddindən artıq idman
Mütəmadi idman sağlamlıq üçün vacibdir, lakin çox intensiv və bərpa vaxtı az olan məşqlər əzələlərdə mikrozədələnməyə səbəb olur. Bu, stress hormonlarını artırır və bədəndə iltihabın yayılmasına gətirib çıxarır.
Qeyri-kafi qidalanma
Aşağı kalorili pəhrizlər və yeməklərin buraxılması bədəni həssas edir. Hüceyrələr enerji və qida maddəsi çatışmazlığını təhlükə siqnalı kimi qəbul edir və iltihab reaksiyası yaradır. Bu vəziyyət immuniteti zəiflədir və bərpa prosesini uzadır.
Uzun müddətli ac qalmaq
Son illərdə fasiləli oruc tutma populyarlıq qazansa da, 48 saat və ya daha uzun ac qalmaq (aralıqlı oruc) bədəndə iltihabı müvəqqəti artırır. Uzun oruc başgicəllənmə, əsəbilik, diqqət problemləri və hormonal balanssızlığa səbəb ola bilər.
Yuxu pozuntuları və stress
Kifayət qədər istirahət edilməməsi və davamlı stress bədəndə iltihabı artırır, baş ağrısı, həzm problemləri və tez-tez xəstələnmə kimi simptomlara səbəb olur.
Tarazlığı qorumaq vacibdir
Mütəxəssislər vurğulayırlar ki, sağlam həyat tərzi vərdişləri yalnız tarazlıqla faydalı olur. İdman, qidalanma və istirahət arasında balans yaradıldıqda bədən özünü qoruyur və iltihab riski azalır.
Tərcümə: Könül Oruc