Xəbərlər
Çirkli qabları mətbəx çanağında
Xəbərlər
11

Çirkli qabları mətbəx çanağında islatmaq təhlükəlidir

Çirkli qabları mətbəx çanağında islatmaq vərdişi zəhərlənməyə və digər ciddi xəstəliklərə səbəb olur .

E-saglam.az xəbər verir ki, mikrobioloqlar xəbərdarlıq edirlər ki, boşqab və bıçaq-qaşıqların isladılması nəticəsində yaranan isti və nəmli şərait zərərli mikrobların sürətlə çoxalmasına imkan verir.

"Tədqiqatlar göstərir ki, mətbəx çanağı qida yolu ilə keçən patogen olan nəcisli E. coli də daxil olmaqla müxtəlif növ arzuolunmaz bakteriyaların çoxalma yeridir", - mikrobioloq Ceyson Tetro bildirib.

Qida zəhərlənməsi riskini azaltmaq üçün mütəxəssislər qabyuyan maşından istifadə etməyi məsləhət görürlər, çünki daha yüksək temperatur zərərli mikrobları öldürə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun