Tibbi xəbərlər
"Ürəyim sağda döyünür" dedi, amma heç kim inanmadı:
Tibbi xəbərlər
265

"Ürəyim sağda döyünür" dedi, amma heç kim inanmadı: Həqiqət 66 ildən sonra üzə çıxdı

Qaziantep sakini 66 yaşlı Evin Aslan uzun illər ürəyinin sağ tərəfdə döydüyünü desə də, heç kəsi inandıra bilmirdi. Şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən Aslanın müayinəsi onun bütün daxili orqanlarının əks istiqamətdə yerləşdiyini üzə çıxardı.

E-saglam.az-ın məlumatına görə, tibbi ədəbiyyatda "situs inversus totalis" adlanan bu nadir genetik anomaliya zamanı orqanlar güzgüdəki kimi tərs yerləşir.

Müayinələr göstərdi ki, Aslanın ürəyi, mədəsi və dalağı sağ tərəfdə, qaraciyəri və öd kisəsi isə solda yerləşirdi. Qarın ağrısının səbəbi isə öd yollarındakı daşlar idi. Onu müalicə edən qastroenteroloq Dr. Ahmet Akbay xüsusi bir endoskopik prosedur olan ERCP tətbiq edərək öd axarındakı daşları uğurla təmizlədi. Əməliyyat çətin olsa da, xəstə tam sağaldı.

Evin Aslan əməliyyatdan sonra 66 ildən sonra həqiqəti öyrənməyindən danışaraq böyük sevincini ifadə etdi: "İllərdir ara-sıra ağrılar yaşayırdım, amma səbəbini bilmirdim. Xoşbəxtlikdən indi yaxşıyam və ağrılarımdan qurtuldum. Həkimimə və bütün xəstəxana personalına təşəkkür edirəm".

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun