Sedef xəstəliyi (psoriaz) – hər yaşda rast gəlinə bilən, əsasən dizlərdə, dirsəklərdə və baş dərisində müşahidə olunan xroniki dəri xəstəliyidir. Bu xəstəlik yoluxucu deyil, lakin irsi meyillilik və bəzi xarici amillər onun yaranmasında mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, stres, piylənmə və siqaret istifadəsi xəstəliyi daha da ağırlaşdıra bilər. Qış aylarında günəş işığının azalması da sedefin artmasına səbəb olur.
Əlamətləri:
Sedef xəstəliyi zamanı dəridə qırmızı, qabıqlı, qaşınan və ağrılı ləkələr əmələ gəlir. Bəzi hallarda bu ləkələr çatlayaraq qanaya bilər. Ağır hallarda isə bədənin böyük hissəsini əhatə edə bilər.
Müalicə üsulları:
- Yerüstü (topikal) müalicə: Kremlər və məlhəmlər vasitəsilə hüceyrə artımı azaldılır.
- İşıq terapiyası (fototerapiya): UV şüaları ilə dəridəki hüceyrə artımı yavaşladılır.
- Daxili (oral) müalicə: Orta və ağır hallarda iltihabı azaldan dərmanlar qəbul edilir.
- Bioloji müalicə: Enjeksiyalar vasitəsilə orqanizmdəki artıq iltihabi zülalların təsiri azaldılır.
Mütəxəssislər xəstəliyin tam sağalmasa da, düzgün müalicə və həyat tərzi ilə nəzarət altında saxlana biləcəyini bildirir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az