Ağciyər xərçəngi adətən öskürək, döş qəfəsində ağrı və nəfəs darlığı ilə əlaqələndirilir. Lakin mütəxəssislər bu xəstəliyin bəzən bədənın aşağı hissəsində – xüsusilə ayaq və qıçlarda da özünü göstərə biləcəyini bildirirlər.
E-saglam.az xəbər verir ki, qıç və ayaqlarda şişlik, ağrı, qızartı, keylik və dəridə dəyişikliklər, ağciyər xərçənginin qan dövranı və limfa sisteminə təsirindən qaynaqlana bilər. Bu əlamətlər qan laxtası, sinir zədələnməsi və ya maye toplanması kimi ciddi fəsadların xəbərçisi ola bilər.
Ayaq və qıçlarda müşahidə edilə bilən dəyişikliklər:
Şişlik (Periferik ödem):
Ağciyər xərçəngi olan xəstələrdə damar və limfa axınının pozulması nəticəsində qıç, ayaq və topuqlarda şişlik yarana bilər. Bəzən bu hal kimyaterapiya və ya dərmanların yan təsiri olaraq da ortaya çıxır.
Ağrı və qızartı (Qan laxtası riski):
Xəstələrdə dərin damar trombozu riski yüksəlir. Xüsusilə bir ayaqda ağrı, istilik, qızartı və şişlik varsa, bu qan laxtası ehtimalını göstərir. Laxtanın ağciyərə keçməsi isə həyati təhlükə yarada bilər.
Mütəxəssislər, bu kimi əlamətlərin erkən müəyyən edilməsinin ağciyər xərçənginin vaxtında diaqnozu və müalicəsi üçün həlledici rol oynadığını vurğulayır.
Tərcümə: Nəzrin Abbas