Qoltuqaltı qaralması, xüsusilə qadınlarda estetik görünüşə təsir edən geniş yayılmış dəri problemidir. Bu halın əsas səbəbləri arasında artıq tərləmə, dərinin havasız qalması, sürtünmə, epilyasiya üsulları və genetik amillər göstərilir.
E-saglam.az xəbər verir ki, qaralmanı aradan qaldırmaq və ya qarşısını almaq üçün həm bitki mənşəli, həm də klinik üsullar tətbiq oluna bilər.
Bitki mənşəli üsullar:
Karbonat:
Gözenəkləri açaraq dərini ağardır. Az miqdarda karbonatı su ilə qarışdırıb macun halına gətirin, qoltuqaltına çəkin və bir müddət sonra yuyun.
Limon:
Təbii ağardıcı təsirə malikdir. Təmiz dəriyə sürtülərək hər gün bir dəfə tətbiq oluna bilər. Həssas dərilərdə diqqətlə istifadə edilməlidir.
Kartof:
Həssas dərilər üçün uyğundur. Nazik dilimlərlə qoltuqaltını ovalamaq və ya kartof suyunu çıxarıb sürtmək mümkündür.
Süd:
Tərkibindəki vitaminlər və yağ turşuları dərini işıqlandırır. Südü lorla qarışdırıb 15 dəqiqə qoltuqaltında saxladıqdan sonra yumaq kifayətdir.
Xiyar:
Bütün dəri tipləri üçün münasibdir. Dilimlənmiş xiyar birbaşa qoltuqaltına qoyula bilər.
Alma sirkəsi:
Mikrobları məhv edir, pis qoxunun qarşısını alır və ağardıcı təsir göstərir. Qoltuqaltına sürtüb 15 dəqiqə saxlayın, sonra durulayın.
Klinik üsullar:
Qoltuqaltı qaralmasını azaltmaq üçün dermatoloqlar tərəfindən bir sıra peşəkar üsullar təklif olunur:
- Kimyəvi pilinq: Dərinin üst qatını soyaraq yenilənməsini təmin edir.
- Q-Switch ND/Yag lazer (Spectra pilinq): Lazer işığı ilə dərinin tonunu açır.
- Fraksional karbon dioksid lazer: Dəri toxumasını yeniləyərək qaralmanı azaldır.
Qeyd olunur ki, hər bir insanın dəri tipi fərqli olduğundan, müalicə müddəti və nəticə fərqli ola bilər.
Tərcümə: Nəzrin Abbas