Kanadada fəaliyyət göstərən Nutrition International təşkilatının “Əmizdirməməyin bədəli” adlı 2022-ci il hesabatına əsasən, ana südü hər il dünyada 420 mindən çox körpənin həyatını xilas edir. Həmin hesabatda qeyd olunur ki, ana südü uşaqların IQ səviyyəsini orta hesabla 2,6 bal artırır, həmçinin uşaq obezliyinin və bəzi yoluxucu xəstəliklərin qarşısını alır.
Dr. Eroğlu əlavə edib ki, ana südü ilə qidalanmayan körpələr ishal və zatürre kimi xəstəliklərə daha çox meylli olur, halbuki süd alan uşaqlarda bu risklər əhəmiyyətli dərəcədə azalır. Eyni zamanda, əmizdirmə analarda rahim, süd vəzi xərçəngi və tip 2 diabet kimi xəstəliklərin yaranma ehtimalını azaldır.
Mütəxəssis ana südünün əsas faydalarını belə sıralayıb:
- Körpənin immun sistemini gücləndirir və infeksiyalara qarşı qoruyur.
- Həzm sisteminin sağlam inkişafını dəstəkləyir.
- Zəka və beyin fəaliyyətini artırır, yaddaş və öyrənmə qabiliyyətini möhkəmləndirir.
- Ana ilə körpə arasında emosional və psixoloji bağ yaradır.
Eroğlunun fikrincə, bu faktlar ana südünün dəyərini bir daha göstərir: “Əmizdirmə həm körpə, həm ana, həm də cəmiyyət üçün sağlam gələcəyin təməlidir”.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az