Xəstəliklər
Boğaz daşı xəstəliyi: Səbəblər, simptomlar və
Xəstəliklər
90

Boğaz daşı xəstəliyi: Səbəblər, simptomlar və müalicə yolları

Boğaz daşı (tonsillit daşları) adətən badamcıqlarda kalsium, zülal və bakteriyaların yığılması nəticəsində yaranır. Bu kiçik ağ və sarımtıl daşlar ağızda pis dad və qoxu, boğazda qıcıqlanma və yüngül ağrıya səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, həkimlər bildirir ki, boğaz daşları əsasən xroniki badamcıq iltihabı olan insanlarda ortaya çıxır. Bəzən heç bir simptom vermədən aşkar edilə bilər, bəzən isə udqunma zamanı narahatlıq və ya öskürək ilə müşahidə olunur.

Müalicədə ağız və boğaz gigiyenasına diqqət önəmlidir. Duzlu su ilə qarqara etmək, ağız yuyucu istifadəsi və kifayət qədər su içmək daşların yaranmasını azaltmağa kömək edə bilər. Şiddətli və davamlı hallarda isə həkim badamcıqların cərrahi yolla təmizlənməsini tövsiyə edə bilər.

Boğaz daşlarından qorunmaq üçün sağlam qidalanma, ağız gigiyenasına riayət etmək və xroniki badamcıq iltihabını vaxtında müalicə etdirmək vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun