Rusiyalı terapevt Olqa Çistik xəbərdarlıq edir ki, bəzi vitamin və bioloji aktiv əlavələr analizlərin düzgün nəticə verməsinə mane olur.
E-saglam.az xəbər verir ki, dəmir, D vitamini və biotin qəbul edənlərdə analizlər çox zaman yanıltıcı olur. Məsələn, dəmir tableti qanda səviyyəni süni şəkildə artırır, biotin isə qalxanabənzər vəz hormon analizlərini pozur. Omega-3, kurkumin və C vitamini isə orqanizmdə iltihabı göstərən zülalı müvəqqəti azaldaraq xəstəliyi gizlədir.
Həkim əlavə edir ki, vitaminlərin artıq qəbulu da zərərlidir:
- D vitamini böyrək daşına
- A vitamini dərinin qurumasına və saç tökülməsinə,- Yod çoxluğu isə qalxanabənzər vəz pozğunluğuna səbəb ola bilər.
Analizdən əvvəl diqqət ediləcək məqamlar:
- Dəmir tableti – analizdən 1 gün əvvəl dayandırın.
- Biotin – 8–72 saat əvvəl qəbul etməyin.
- Kalsium və maqnezium – analiz günü içməyin.
- Bitki tərkibli əlavələr – 1–2 həftə əvvəl dayandırın.
Çistik bildirir: “Vitamin və əlavələri qəbul edirsinizsə, bunu mütləq həkimə deyin, əks halda analizlər sizi aldada bilər".
Tərcümə: Nəzrin Abbas