Sağlamlıq
Böyrəkləri yavaş-yavaş zədələyən
Sağlamlıq
145

Böyrəkləri yavaş-yavaş zədələyən 5 səhər vərdişi

Səhərlər etdiyimiz bəzi zərərsiz görünən vərdişlər uzun müddətdə böyrəklərə ciddi zərər verə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, su içməmək, sidiyi saxlamaq, acqarına ağrıkəsici qəbul etmək, idmandan sonra kifayət qədər maye qəbul etməmək və səhər yeməyini buraxmaq böyrək funksiyalarını poza bilər.

1. Səhərlər su içməmək:

Gecə boyu orqanizm susuz qalır. Günü su əvəzinə çay və ya qəhvə ilə başlamaq böyrəklərə əlavə yük yaradır. Mütəxəssislər səhər bir stəkan su içməyin toksinləri atmağa kömək etdiyini bildirir.

2. Sidiyi saxlamaq:

Səhər tualetə getməni gecikdirmək böyrəklərə və sidik kisəsinə təzyiq yaradır. Uzun müddət sidiyi saxlamaq qan təzyiqini də artıra bilər.

3. Acqarına ağrıkəsici içmək:

Xüsusilə ibuprofen kimi dərmanlar acqarına qəbul edildikdə böyrəklərə zərər verə bilər. Bu dərmanları yalnız yeməklə birlikdə və həkim məsləhəti ilə qəbul etmək lazımdır.

4. İdmandan sonra az maye içmək:

Səhər idmanından sonra bədənin itirdiyi su və elektrolitlərin bərpa olunmaması böyrəkləri çətin vəziyyətə sala bilər.

5. Səhər yeməyini buraxmaq:

Kahvaltını atlayanlarda gün ərzində duzlu və işlənmiş qidalara meyil artır, bu da böyrəklərə zərər verir. Sadə bir səhər yeməyi belə böyrəklərin sağlamlığı üçün önəmlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun