Gözəllik-dəb
Dəridə səpgilərin yaranma
Gözəllik-dəb
107

Dəridə səpgilərin yaranma səbəbləri açıqlandı

Mütəxəssislər bildirirlər ki, dəridə səpgilərin yaranması orqanizmdə baş verən bir çox proseslərin göstəricisi ola bilər. Səpgilər bəzən sadə allergik reaksiyalardan qaynaqlansa da, bəzi hallarda daxili xəstəliklərin ilkin əlaməti kimi meydana çıxır.

E-saglam.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, səpgilərin əsas səbəbləri arasında hormonal dəyişikliklər, stress, yanlış qidalanma, gigiyena qaydalarına əməl olunmaması və bəzi dərmanların təsiri var. Bundan əlavə, immun sisteminin zəifləməsi və ya dərinin bakterial, virus və göbələk mənşəli infeksiyalara məruz qalması da səpgilərə yol aça bilər.

Mütəxəssislər qeyd edirlər ki, səpgiləri özbaşına sıxmaq və ya ev üsulları ilə aradan qaldırmağa çalışmaq vəziyyəti daha da pisləşdirə bilər. Bu səbəbdən səpgilər uzun müddət keçmirsə və qaşınma, ağrı və ya irinlənmə müşahidə olunursa, dermatoloqa müraciət etmək məsləhət görülür.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun