Boru hamiləliyi, döllənmiş yumurtanın uşaqlıq əvəzinə fallop borusuna yerləşməsi ilə xarakterizə olunur və qadın sağlamlığı üçün ciddi risk yarada bilər.
E-saglam.az xəbər verir ki, tibb mütəxəssisləri bu vəziyyətin vaxtında tanınmasının həyati əhəmiyyət daşıdığını bildirirlər.
Hamiləliyin bu forması nadir olsa da, qadınlarda güclü qarın ağrısı, qanaxma və qusma kimi əlamətlərlə özünü göstərə bilər. Gecikmiş diaqnoz fallop borusunun partlamasına və ciddi daxili qanaxmaya səbəb ola bilər.
Ginekoloqlar boru hamiləliyindən qorunmaq üçün risk faktorlarını, o cümlədən əvvəlki infeksiyalar, fallop borularında cərrahi müdaxilə və müəyyən reproduktiv problemləri qeyd edirlər. Diaqnoz ultrasəs və qan analizləri ilə qoyulur. Müalicə isə medikamentoz və ya cərrahi üsullarla aparıla bilər.
Mütəxəssislər vurğulayırlar ki, qadınlar hər hansı şübhəli simptomlar zamanı gecikmədən həkimə müraciət etməlidir, çünki erkən müdaxilə həyat xilas edə bilər.
Tərcümə: Nəzrin Abbas