Terapevt Olqa Suxareva manikür zamanı HİV infeksiyasına yoluxma riskini qiymətləndirib.
E-saglam.az xəbər verir ki, o, qeyd edib ki, bu ehtimal demək olar ki, sıfırdır və yalnız aseptika və antiseptika qaydalarının kobud şəkildə pozulması halında mümkündür.
Həkimin sözlərinə görə, yoluxma yalnız usta alətləri digər müştəridən sonra dezinfeksiya etmədikdə və qanla təmasda olan alətlərlə işlədikdə baş verə bilər.
Suxareva əlavə edib ki, HİV virusu ətraf mühitdə çox davamlı deyil, dezinfeksiyaedici vasitələrə qarşı həssasdır və qan damlasında cəmi bir gün yaşaya bilir. Lakin Hepatit B və C virusları daha təhlükəlidir — məsələn, Hepatit B-nin yoluxuculuğu HİV-dən təxminən 100 dəfə çoxdur.
Tərcümə: Nəzrin Abbas