Xəstəliklər
Uşaqlarda qıcolma zamanı
Xəstəliklər
108

Uşaqlarda qıcolma zamanı nə etməli?

Qıcolma – beynin elektrik fəaliyyətində qəfil pozulma nəticəsində yaranan, şüur itkisi, bədən titrəməsi və ya qəribə davranışlarla müşahidə olunan vəziyyətdir. Hər qıcolma epilepsiya demək deyil, amma mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

E-saglam.az xəbər verir ki, uşaq nevroloqu Dr. Ülkər Mürsəlova bildirir ki, səbəbin vaxtında müəyyənləşdirilməsi uşağın gələcək sağlamlığı üçün vacibdir.

Əsas səbəblər:

- Hərarətli qıcolma: 6 ay–5 yaş arası uşaqlarda yüksək hərarət zamanı yaranır, çox vaxt zərərsizdir.

- Epilepsiya: Təkrarlanan, səbəbsiz qıcolmalarla xarakterizə olunur.

- Doğuş travması və oksigen çatışmazlığı

- Beyin infeksiyaları (meningit, ensefalit)

- Qan şəkərinin düşməsi və ya elektrolit pozğunluğu

Qıcolmanın növləri:

- Tonik-klonik: Bədən sərtləşir, titrəmə və şüur itkisi olur.

- Absans: Uşaq bir neçə saniyə donub baxır, sonra vəziyyəti normallaşır.

- Myoklonik: Ani əzələ sıçrayışları ilə keçir.

- Atonik: Qəfil əzələ boşalması və yıxılma ilə müşahidə olunur.

- Fokal: Yalnız bir hissədə (məsələn, qol və ya üz) titrəmə və qəribə hisslər olur.

İlk yardım:

- Sakit qalın, uşağı təhlükəsiz yerə uzadın və yan vəziyyətə gətirin.

- Ağzına heç nə qoymayın, zorla tutmayın.

- Qıcolma 5 dəqiqədən çox davam edərsə, təcili yardım çağırın.

- Tutmadan sonra uşağın nəfəsini və rəngini izləyin.

Diaqnostika və müalicə:

Nevroloji müayinə, EEG, MRT, qan analizləri və genetik testlər vasitəsilə səbəb müəyyənləşdirilir. Müalicə səbəbə görə fərqlənir:

- Epilepsiya: Antiepileptik dərmanlar və müntəzəm nəzarət.

- Hərarətli qıcolma: Hərarətin idarə olunması.
Xüsusi hallarda ketogenik pəhriz, vagus sinir stimulyasiyası və ya cərrahi üsullar tətbiq oluna bilər.

Valideynlərə tövsiyə:

Qıcolma zamanı sakit olun, vəziyyəti qeydə alın və mütləq uşaq nevroloquna müraciət edin. Erkən diaqnoz və düzgün müalicə uşağın sağlam gələcəyinin əsas şərtidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun