Sağlamlıq
Çox zaman diqqətdən qaçırılır: Ayaqlardakı bu 5 əlamətə
Sağlamlıq
151

Çox zaman diqqətdən qaçırılır: Ayaqlardakı bu 5 əlamətə fikir verin

Ayaqlar bədən sağlamlığımız barədə mühüm siqnallar verir. Keyimə, yanma, üşümə, yaraların gec sağalması və şişlik kimi əlamətlər sadəcə yorğunluqdan deyil, vitamin və mineral çatışmazlığından da xəbər verə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu əlamətlər çox vaxt B12, B6, dəmir, C vitamini, sink və ya zülal çatışmazlığına işarə edir. Erken diaqnoz və düzgün qidalanma, ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır.

 1. Keyimə və qarıncalanma:

Ayaqlarda tez-tez hiss olunan qarıncalanma və keylik, B12 vitamini çatışmazlığı ilə əlaqəli ola bilər. B12 sinir hüceyrələrinin qorunmasında vacib rol oynayır və onun azlığı sinir zədələnməsinə səbəb ola bilər.

 2. Yanma hissi:

Ayaqlarda yanma, B12 və B6 vitaminlərinin azlığından qaynaqlanan periferik neyropatiya əlaməti ola bilər. Bu vəziyyət şəkərli diabet, alkoqol istifadəsi və ya zəif qidalanma ilə daha da pisləşə bilər.

 3. Soyuq ayaqlar:

Ayaqların daim soyuq olması və solğun görünməsi dəmir və ya B12 çatışmazlığına işarə edir. Bu vəziyyət qan dövranının zəifləməsinə və anemiyaya gətirib çıxara bilər. Dəmir baxımından zəngin qidalar — ispanaq, mərcimək, qırmızı ət — bu problemi azaltmağa kömək edir.

 4. Yaraların gec sağalması:

Ayaqlardakı kəsik və ya qabarların gec sağalması C vitaminisink çatışmazlığından qaynaqlanır. Bu maddələr kollagen istehsalıtoxuma bərpası üçün zəruridir. Onların azlığı ayaqları infeksiyalara qarşı daha həssas edir.

 5. Ayaqlarda şişkinlik:

Ayaqlarda şiş və ödem yaranması zülal çatışmazlığının nəticəsi ola bilər. Zülal orqanizmdə mayenin bərabər paylanması üçün vacibdir. Kifayət qədər zülal qəbul etməmək maye toplanmasına və şişkinliyə səbəb olur.

Ayaqlarınızdakı bu dəyişikliklər bədəninizin sizə verdiyi xəbərdarlıqlardır. Belə əlamətlər hiss etdikdə, mütəxəssisə müraciət etmək və qidalanma rejiminizi yenidən nəzərdən keçirmək vacibdir. Erkən müdaxilə ümumi sağlamlığın qorunması üçün əsasdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun