İngiltərənin Exeter Universitetində aparılan yeni bir araşdırma təbii qidaların yüksək qan təzyiqinə təsirini bir daha üzə çıxardı.
E-saglam.az xəbər verir ki, alimlər sübut ediblər ki, cəmi bir neçə qurtum çuğundur suyu təzyiqi aşağı sala, damar sağlamlığını yaxşılaşdıra və orqanizmdə iltihabı azalda bilir.
Tədqiqatın nəticələrinə görə, çuğundur yüksək miqdarda təbii nitratla zəngindir. Bu maddələr bədənə daxil olduqda nitrik oksidə çevrilir və damarların genişlənməsinə səbəb olur. Beləliklə, qan təzyiqi aşağı düşür.
Məlumata görə, 20–40 yaş aralığında hər 10 nəfərdən 1-i, 50–60 yaş aralığında isə hər 10 nəfərdən 5-i yüksək təzyiqlə mübarizə aparır. Adətən hipertoniya müalicəsində ilk seçim dərman olur, lakin qidalanma və həyat tərzi dəyişiklikləri də böyük əhəmiyyət daşıyır.
Tərcümə: Nəzrin Abbas