Sağlamlıq
Qəfil ürək dayanmasını artıran amil
Sağlamlıq
100

Qəfil ürək dayanmasını artıran amil müəyyən edilib

Kardioloq və tibb həkimi Anna Koreneviç xəbərdarlıq edib ki, xroniki stress sağlamlığa ciddi zərər vurur və qəfil ürək dayanmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat verib.

Koreneviçin sözlərinə görə, ürək sağlamlığını zədələyən əsas amil kimi qida deyil, məhz xroniki stress çıxış edir.

“Stress qan təzyiqini və şəkər səviyyəsini artırır, damarların iltihabına və qan laxtalanmasına səbəb olur. Bütün bu proseslər kortizol hormonu tərəfindən tetiklenir: az miqdarda qoruyucu, lakin yüksək səviyyədə dağıdıcı təsir göstərir,” – deyə həkim izah edib.

O, xroniki stress yaşayan insanlara emosiyalarını idarə etməyi öyrənməyi tövsiyə edib.

Eyni zamanda Koreneviç qeyd edib ki, məşhur inancın əksinə olaraq, ürək-damar xəstəlikləri olan şəxslər yumurta yeyə bilərlər. Müasir tədqiqatlar göstərir ki, gündə bir yumurta istehlakı ateroskleroz riskini artırmır, baxmayaraq ki, yumurtada xolesterin mövcuddur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun