Faydalı
Soyuducuda bu məhsulları səhv saxlayırmışıq
Faydalı
58

Soyuducuda bu məhsulları səhv saxlayırmışıq TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Qidalanma üzrə ekspert Sıçevskaya: Tərəvəz və meyvələr ayrı saxlanmalıdır.

E-saglam.az xəbər verir ki, qidalanma üzrə ekspert Alena Sıçevskaya soyuducuda məhsulların necə düzgün saxlanacağını izah edib ki, onlar uzun müddət təzə və təhlükəsiz qalsın. Onun tövsiyələri Life.ru saytında təqdim olunub.

Sıçevskaya əsas səhv kimi tərəvəz və meyvələrin birlikdə saxlanmasını göstərib. Onun sözlərinə görə, bu məhsullar ayrı saxlanmalıdır, çünki meyvələr etilen — fitohormon ifraz edir, bu da yaxınlıqda olan tərəvəzlərin daha tez xarab olmasına səbəb olur.

Bundan əlavə, müxtəlif tərəvəzləri fərqli qaydada saxlamaq lazımdır. Məsələn, yerkökü, çuğundur və kələmi soyuducunun aşağı hissəsində xüsusi qutuda saxlamaq məsləhət görülür. Xiyarları da həmin qutuda saxlamaq olar, amma əvvəlcə onları kağız dəsmal ilə bükmək və ya havalandırılan konteynerə qoymaq tövsiyə edilir. Pomidorları isə Sıçevskayaya görə soyuducuda deyil, otaq temperaturunda, qaranlıq və sərin yerdə, digər tərəvəz və meyvələrdən uzaqda saxlamaq daha yaxşıdır.

Əti və balığı ekspert hermetik konteynerlərdə və ya qida paketlərində saxlamağı məsləhət görüb. Onları ayrıca rəfdə saxlamaq vacibdir. Kəklikotu və digər göyərtilər üçün isə xüsusi pambıq torbalar, perforasiyalı film və ya qapaqlı konteynerdən istifadə etmək tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun