Alimlər sübut ediblər ki, kifayət qədər su içmək yalnız bədəni təmizləmir və böyrəkləri qorumaqla kifayətlənmir, həm də sinirləri sakitləşdirir və stressi azaldır.
E-saglam.az xəbər verir ki, aparılan beynəlxalq araşdırma Journal of Applied Physiology (“Tətbiqi Fiziologiya Jurnalı”nda) dərc olunub. Eksperimentdə iştirakçılar iki qrupa bölünüb: biri kifayət qədər su içənlər, digəri isə az su qəbul edənlər idi. Onların hər biri xüsusi stres testi – Trier sosial stress testindən keçirilib.
Testin nəticəsi olaraq:
-
Az su içənlərdə stres hormonu kortizolun səviyyəsi xeyli yüksəlib.
-
Kifayət qədər su qəbul edənlərdə isə kortizol sabit qalıb.
Kortizol adətən bədəni “döyüş və ya qaçış” reaksiyasına hazırlayır. Bu, qısamüddətli faydalı mexanizm olsa da, hormonun tez-tez və artıq ifrazı hipertoniya, ürək-damar xəstəlikləri, piylənmə, böyrək və maddələr mübadiləsi problemlərinə yol aça bilər.
Alimlərin qənaətinə görə, gündə 2 litr (təxminən 8 stəkan) su içmək stressin mənfi təsirlərindən qorunmaq üçün vacibdir. Su yalnız orqanizmi nəmləndirmir və zərərli maddələri xaric etmir, həm də əsəbləri sakitləşdirir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az