Xəstəliklər
Boyun nahiyəsindəki şişlik bu xəstəliyin əlaməti imiş -
Xəstəliklər
50

Boyun nahiyəsindəki şişlik bu xəstəliyin əlaməti imiş - DİQQƏT

Boyunda müşahidə olunan şişkinlik bəzən sadə bir infeksiyanın, bəzən isə lenfoma və ya baş-boyun xərçəngi kimi ciddi xəstəliklərin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, Qulaq, Burun və Boğaz Mütəxəssisi Prof. Dr. Hüseyin Seven bildirib ki, boyun kütləsi boyunda normalda olmamalı olan hər hansı bir şiş və ya şişkinliyə verilən ümumi addır. Onların əksəriyyəti yoluxucu və xoşxassəli olur, lakin bəzən ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Prof. Dr. Seven qeyd edib ki, boyun kütlələrinin ən geniş yayılmış səbəbi infeksiyalardır:

“Xoşxassəli şişlər, anadangəlmə anomaliyalar və bədxassəli şişlər də nəzərə alınmalıdır. Boyun nahiyəsində yaranan hər yeni şişkinliyə diqqətlə yanaşmaq vacibdir. Erkən diaqnoz və müalicə xüsusilə bədxassəli xəstəliklərin idarə edilməsində böyük rol oynayır”.

Mütəxəssis bildirib ki, fiziki müayinə çox vaxt diaqnoz üçün kifayət edir. Eyni zamanda qulaq, burun və boğaz müayinəsi, xəstədən alınan anamnez əsas rol oynayır. Lakin bəzi hallarda laborator analizlər, radioloji görüntüləmə və ya incə iynə aspirasiya biopsiyası tələb oluna bilər. Bütün xəstəliklərdə olduğu kimi bunda da xəstəliyin üzərinə zamanında düşüb, lazimi tədbirlər görülməlidir.

Müalicə boyun kütləsinə səbəb olan xəstəliyin növündən asılı olaraq dəyişir. Bəzi xəstələrdə sadə tibbi müalicə kifayət edirsə, digər hallarda cərrahi müdaxilə və ya onkoloji müalicə lazım ola bilər. Prof. Dr. Seven hər bir boyun kütləsinin mütləq həkim tərəfindən yoxlanılmasının vacibliyini vurğulayıb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun