Xəstəliklər
Daimi yüksək nəbz və ayaqların şişməsi –
Xəstəliklər
73

Daimi yüksək nəbz və ayaqların şişməsi – Ürək yükünün siqnallarıdır

Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu İvan Efremkin ürəyin çox işlədiyini göstərən dörd əsas simptomu açıqlayıb.

E-saglam.az xəbər verir ki, o bu barədə  Lenta.ru-ya danışıb. 

Həkimin sözlərinə görə, istirahət zamanı dəqiqədə 90-dan çox olan və dincəldikdən sonra da azalmayan nəbz ürəyin həddindən artıq yüklənməsinə işarədir. Digər xarakterik əlamət isə səhər saatlarında ayaqlarda şişkinliyin yaranmasıdır.

Üçüncü simptom kimi nəfəs darlığı qeyd olunur. Bu, adi fiziki gərginlik zamanı özünü göstərir, uzananda artır, oturaq vəziyyətdə isə nisbətən azalır.

Dördüncü xəbərdarlıq əlaməti isə “beyin dumanı” adlanan vəziyyətdir. Ürək zəif işlədikdə beyin kifayət qədər oksigen almır, nəticədə konsentrasiyanın azalması, yaddaş zəifliyi, söz seçməkdə çətinlik və başda “pambıq kimi” hiss yaranır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun