Sağlamlıq
Nikotini bədəndən çıxarmağa
Sağlamlıq
11

Nikotini bədəndən çıxarmağa kömək edən qidalar

Siqareti buraxmaq çətin ola bilər, amma düzgün qidalanma bu prosesi asanlaşdıra bilər. Araşdırmalar nəticəsində nikotini bədəndən sürətlə çıxarmaq üçün bəzi faydalı qidalar məlum olub.

E-saglam.az onların siyahısını sizə təqdim edir:

  • Kələm: Zəhərli maddələrin çıxarılmasını sürətləndirir, həzmə kömək edir.

  • Limon: Bədəni təmizləyir, dəri sağlamlığını yaxşılaşdırır.

  • Yerkökü: Göz sağlamlığını qoruyan karoten ehtiva edir.

  • Nar: Qanı toksinlərdən təmizləyir, yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır.

  • Zəncəfil: Bədəni toksinlərdən təmizləyir, qan damarlarını gücləndirir.

  • İspanaq: Askorbin turşusu və fol turşusu ilə zəngindir, sinir və immun sisteminə faydalıdır.

  • Portağal: C vitamini ilə daxili orqanları qoruyur, toksinləri neytrallaşdırır.

  • Brokoli: Turşu-baz tarazlığını bərpa edir, beyin və damar sistemini gücləndirir.

  • Buğda Cücəri: E vitamini ilə qan damarlarını qoruyur.

  • Yaban Mersini: Nikotin turşusunu neytrallaşdırır, bədəni sakitləşdirir və təmizləyir.

Siqaret çəkmədən nikotindən qurtulmaq mümkündür, amma bunu düzgün qida, sağlam həyat tərzi və peşəkar məsləhətlərlə birlikdə etmək lazımdır. Özbaşına müalicə təhlükəlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun