Onkoloq Vladimir İvaşkov məişət kimyəvi maddələrini seçərkən etiketləri diqqətlə oxumağın vacibliyini vurğulayır.
E-saglam.az xəbər verir ki, o, YouTube kanalında yayımlanan çıxışında bəzi yuyucu və təmizlik vasitələrinin tərkibində xərçəng riskini artıran maddələrin olduğunu bildirib.
İvaşkovun sözlərinə görə, ftalatlar, parabenlər və sintetik ətirlərin bir hissəsi endokrin sistemə mənfi təsir göstərir. Bu maddələrə uzun müddət məruz qalmaq döş, prostat və yumurtalıq xərçəngi kimi hormondan asılı şişlərin inkişaf ehtimalını artırır.
Mütəxəssis həmçinin tərkibində fosfat və fosfonat olan məhsullardan uzaq durmağı tövsiyə edir. Onlar bir çox yuyucu vasitə və qabyuyan mayelərdə olur, bədəndə yığıla bilir, kalsium mübadiləsini poza və böyrəklərə zərər verə bilər.
İvaşkovun əsas tövsiyəsi: məişət kimyəvi maddələrini alarkən tərkibi mütləq yoxlayın və mümkün qədər təhlükəsiz, sertifikatlaşdırılmış məhsullara üstünlük verin.
Tərcümə: Könül Oruc