Xoş bir tətil üçün uzun bir yola çıxdınız və tətil yerinə çatdığınız zaman gerçəkləşəcək şirin xəyallarınız var. Amma ürəyiniz bulanmağa başladı...
Bir çox insan səfərin uzun və ya qısa olmasından asılı olmayaraq ürəkbulanma problemlərindən şikayətlənir. Maraqlıdır, bunun həlli varmı?
E-saglam.az xarici mediaya istinadən maşınla gedərkən ürəkbulanmasının qarşısını almaq üçün 7 tövsiyəni sizlərə təqdim edir.
1. Ağır qidalardan uzaq durun
Ac səyahətə çıxmamağa diqqət edin. Ancaq ac qalma deyiriksə, mədənizi ağır qida növləri ilə doldurun demirik. Xəmir xörəkləri, ağır yağlı qidalar, qırmızı ət kimi həzmi çətin olan qidalar yerinə, zeytun yağı və ağ ət kimi yüngül qidaları seçərək mədə rahatlığını qoruyun.
2. Maşının az titrəyən hissəsinə keçin
Daim avtomobildə ürəkbulanmasından şikayət edən birisinizsə, nəqliyyat vasitəsinin səyahət zamanı daha az titrəyəcəyi yerini yaxşı bilməlisiniz. Məsələn, təyyarədən istifadə edəcəksinizsə, qanadlara yaxın oturmağa diqqət etməlisiniz, avtomobildə ön oturacaqda, gəmidə orta oturacaqlarda oturmalısınız. Qatardan istifadə edəcəksinizsə, səyahət istiqamətinə doğru oturacaqda oturmağa diqqət yetirməlisiniz.
3. Dərmandan istifadə edin
"Mən özümü yaxşı tanıyıram, heç bir üsul mənim işimə yaramayacaq" - deyirsinizsə, mütəxəssisinizlə məsləhətləşərək ürəkbulanma əleyhinə dərmanlar qəbul edə bilərsiniz. Özünüzü təmin etmək üçün səyahət etməzdən əvvəl bu dərmanlardan birini istifadə edə bilərsiniz.
4. Fasilə edin
Avtomobilin dayandığını hiss edirsinizsə, ən yaxın yerdə fasilə verin. Bir az təmiz havaya çıxın, bir neçə duzlu kraker yeyin, mineral su için və lazım gələrsə, gözləriniz bağlı bir müddət uzanın. Beləliklə, mümkün pis nəticələrin qarşısını əvvəldən ala bilərsiniz.
5. Göz izləməsinə diqqət edin
Avtomobilin dayandığını hiss edirsinizsə, telefonunuzda nəsə izləməyi, kitab oxumağı və ya yan pəncərədən çölə baxmağı dayandırın. Bunun əvəzinə gözlərinizi yummağa və ya yan pəncərədən deyil, qarşınızdakı pəncərədən seyr etməyə çalışın. Uzaq və sabit nöqtələrə baxmağınız ürəkbulanmasının qarşısını almağa daha yaxşı kömək edəcək.
6. Havalandırın
Səyahət zamanı hava soyuq və ya isti olsa və siz kondisionerdən istifadə etsəniz belə, avtomobilinizi müəyyən aralıqlarla havalandırmağı unutmayın. İnanın, təmiz hava sizə çox yaxşı təsir edəcək.
7. Yanınızda odekolon (kolonya) və nanəli konfetlər saxlamağı unutmayın
Hədsiz dərəcədə ürəyiniz bulanan zaman təravətləndirici odekolon, nanəli konfet və ya saqqız ürək bulanmasının qarşısını almaq üçün sizə çox yaxşı kömək edəcək.
Tərcümə etdi: Könül Oruc